Modern.az

Azərbaycanda idarə rəisinin meyiti tapıldı  

Azərbaycanda idarə rəisinin meyiti tapıldı   

31 Dekabr 2016, 11:43

Saatlı Su Kanal idarəsi rəisinin meyiti tapılıb.

Modern.az xəbər verir ki, yaxınlarının APA-nın məlumatına görə, idarənin rəisi Üzeyir Kazımovun meyiti bu gün səhər saatlarında Saatlı rayonu ərazisində su kanalının yaxınlığında yerləşən bağ sahəsində ağacdan asılmış vəziyyətdə aşkarlanıb.
 
Bildirilir ki, dünən saat 21 radələrindən sonra Ü. Kazımovun telefonuna zəng çatmayıb. Yaxınlarının apardığı axtarışlar nəticəsində o, bu gün səhər asılmış vəziyyətdə tapılıb.   
 
Yaxınları onun asılaraq öldürüldüyünü ehtimal edirlər. Bundan başqa, meyit tapılandan sonra polisin hadisə yerimə gec gəlməsi də mərhumun yaxınlarının narazılığına səbəb olub.

Modern.az

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?