Xətai RPİ 37-ci PB əməkdaşları tərəfindən, dekabrın 28-də Küveyt vətəndaşı Abdullah Alhubaidahın Nobel prospekti ərazisində itirdiyi, içərisində 9645 manat, 500 ABŞ dolları, sənəd, 6 ədəd bankomat kartı, qələm və diplomatik vəsiqəsi olan çantanın Bakı şəhər sakini Əkbər Nəbiyev tərəfindən oğurlanması müəyyən edilib.
Modern.az DİN-ə istinadən xəbər verir ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Nəbiyev tutulub.
Modern.az