Modern.az

İstanbulda məsciddə atışma olub  

İstanbulda məsciddə atışma olub   

Dünya

1 Yanvar 2017, 21:12

Türkiyənin İstanbul şəhərindəki məscidlərdən birində atışma baş verib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, naməlum şəxs məsciddə tüfəngdən atəş açıb. Nəticədə bir nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Bununla yanaşı, hücum edən şəxsin özünün də yaralandığı bildirilir. Polis insidentin məişət zəminində baş verdiyini bildirib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU