Modern.az

İstanbulda terror qurbanları arasında azərbaycanlı da var

İstanbulda terror qurbanları arasında azərbaycanlı da var

2 Yanvar 2017, 14:54

İstanbulda gecə klubuna hücum nəticəsində ölən Nuranə Həsənova Rusiya vətəndaşı olduğu müəyyənləşib.

 

Modern.az xəbər veriri ki, APA-nın xəbərinə görə, bu barədə Rusiyanın Türkiyədəki səfirliyinin “Twitter” səhifəsində yer alan məlumatda deyilir: 
 

“İstanbuldakı dəhşətli  terror aktı nəticəsində Rusiya vətəndaşı Nuranə Həsənova ölüb. Onun yaxınlarına başsağlığı veririk”. 
 

Qeyd  edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edib. 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail vətəndaşları var. 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?