Modern.az

Osloda Azərbaycanlıların Həmrəyliyi qeyd edilib - FOTOLAR

Osloda Azərbaycanlıların Həmrəyliyi qeyd edilib - FOTOLAR

2 Yanvar 2017, 17:33

Norveçin paytaxtı Oslo şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni təqvim ili münasibətilə tədbir keçirilib. Tədbiri Osloda fəaliyyət göstərən "Azərbaycan evi"nin fəalları Arzu Rzayeva, Şəhla Mirzəzadə və Afaq Vestby   təşkil ediblər.

Şəhər gəzintisindən sonra tədbir iştirakçıları "Villa" restoranına toplaşıblar. Öncə tədbirə qatılan qonaqlara Azərbaycan haqqında geniş məlumat verilib və fikir mübadiləsi aparılıb.

Bayram münasibətilə keçirilən şənlikdə uşaqlar üçün xüsusi proqram hazırlanıb, viktorinalar və əyləncəli oyunlar təşkil edilib.

Azərbaycandan dəvət olunmuş incəsənət nümayəndələri və həmçinin norveçli musiqiçilər tədbirə xüsusi rəng qatıblar.

Tədbirin təşkilatçılarından olan Arzu Rzayeva bildirib ki, Azərbaycanı təbliğ etmək və tanıtmaq üçün belə tədbirlərin keçirilməsi Osloda ənənə halına çevrilib və bu gündən sonra da bu səpkidə tədbirlərin təşkili mütəmadi olaraq davam etdiriləcək.

Tədbir Azərbaycan müsiqisinin sədaları altında bayram süfrəsinin arxasında davam etdirilib.

Sonda tədbirə dəvət olunmuş qonaqlar məmnunluqlarını bildirərək dünya azərbaycanlılarına təbrik ünvanlayıblar. Balaca qonaqlara isə hədiyyələr təqdim olunub.


İlham Cəmiloğlu

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?