Türkiyənin paytaxtı Ankaranın Çukurambar rayonunda yaşayış binasında yanğın baş verib. Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, hadisə nəticəsində 30 nəfər xəsarət alıb.
Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Hadisə yerinə xilasedicilər və təci tibbi yardım briqadaları cəlb olunub.
Yanğının səbəbi araşdırılır.
Modern.az