Modern.az

Dekabrın 31-də 2 nəfəri tok vurub öldürüb

Dekabrın 31-də 2 nəfəri tok vurub öldürüb

3 Yanvar 2017, 13:28

Ötən ilin son günü elektrik cərəyanı iki nəfərin həyatına son qoyub.

Daxili İşlər Nazirliyindən Modern.az-verilən məlumata görə, dekabrın 31-də Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində yaşayan Əsma Məmmədova evində elektrik cərəyanı vurması nəticəsində ölüb.

Həmin gün Şəmkir rayon sakini İlham Namazov Seyfəli kəndi ərazisində transformator təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hər iki fakt üzrə araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?