Modern.az

Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadılacaq

Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadılacaq

3 Yanvar 2017, 16:23

Türkiyədə fövqəladə vəziyyət rejimi daha 3 ay uzadıla bilər.

Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu barədə baş nazir Binali Yıldırım hakim Ədalət və İnkişaf Partiyasının (AKP)  Qrup Toplantısında deyib.

Onun sözlərinə görə, 2017-ci il Türkiyənin terrorla mübarizədə mütləq hakimiyyəti saxlayacağı il olacaq. Baş nazir bildirib ki, bu həftə parlament fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılması ilə bağlı məsələni müzakirə edəcək.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra üç ay müddətinə tətbiq edilib və sonradan daha üç ay uzadılıb.

 

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?