Modern.az

Ağstafada ana və qızı GÜLLƏLƏNDİ

Ağstafada ana və qızı GÜLLƏLƏNDİ

Aktual

3 Yanvar 2017, 17:30

Ağstafa rayon sakini A.Allahverdiyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən iki nəfər xəsarət alıb.

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 2-də Ağstafa rayonunun Yuxarı Göyçəli kəndində rayon sakini Asim Allahverdiyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən kənd sakinləri Şəfaqət Göyüşova və qızı Simizər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Ağstafa RPŞ əməkdaşları tərəfindən A.Allahverdiyevdən "Stevens" markalı tüfəng götürülüb.

Araşdırma aparılır.

 

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?