Modern.az

“Onun İŞİD-lə bağlı əlaqəsindən şübhələnməmişəm” - Terrorçunun həyat yoldaşı

“Onun İŞİD-lə bağlı əlaqəsindən şübhələnməmişəm” - Terrorçunun həyat yoldaşı

3 Yanvar 2017, 20:02

İstanbulda "Reina" gecə klubunda terror aktı törədən şəxsin həyat yoldaşını polisə verdiyi ilkin ifadə yayılıb. Modern.az saytı xəbər verir ki, ölkə.az-ın məlumatına görə, terrorçunun həyat yoldaşı Türkiyəyə noyabrın 20-də gəldiklərini təsdiqləyib.

O bildirib ki, həyat yoldaşı və iki uşağı ilə birlikdə Konyaya gəlib: “Yoldaşım burada ev tutdu və iş axtaracağını dedi. Onun İŞİD-lə bağlı əlaqəsindən şübhələnməmişəm. Onun bu təşkilata hansısa bir rəğbətinin olduğunu hiss eləməmişəm".

O bildirib ki, həyat yoldaşının bu hadisəni törətməsini televiziyadan öyrənib.

Daha sonra isə qonşular bu barədə polisə məlumat verib.

Qeyd edək ki, “Reina” gecə klubuna hücum edən şəxs hələ də yaxalanmayıb. Axtarışlar davam edir.

 

Qeid edək ki, bayram gecəsi İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edilib. Nəticədə 40 nəfər həlak olub.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?