Modern.az

Qubada ağır qəza: azyaşlı ölüb

Qubada ağır qəza: azyaşlı ölüb

Aktual

3 Yanvar 2017, 20:53

Quba rayonunda ölümlə nəticələnən ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, hadisə rayonun Rustov kəndində qeydə alınıb.

“Qazel” markalı avtomaşın iki azyaşlı qardaşı vurub. Onlardan biri 4 yaşlı Qurbanov Renat Nurağa oğlu dünyasını dəyişib. Onun qardaşı 10 yaşlı Xəqani isə ağır bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaxınlarının məlumatına görə, ölən azyaşlıya vaxtında tibbi yardım göstərilməyib. Təcili yardım xidmətinə müraciət olunsa da, vaxtında gəlməyib. Nəticədə azyaşlı dünyasını dəyişib.

Quba MRX-dan bildirilib ki, hadisə yerinə çağırış olunan kimi təcili yardım maşını əraziyə yollanıb.

 

Quba rayon Polis Şöbəsindən isə bildiriblər ki, faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?