Modern.az

Bakıda terror şübhəsi ilə naməlum suriyalı axtarılır - FOTOLAR

Bakıda terror şübhəsi ilə naməlum suriyalı axtarılır - FOTOLAR

Aktual

3 Yanvar 2017, 21:14

Sosial şəbəkələrdə Suriyadan Azərbaycana şübhəli şəxsin daxil olması ilə bağlı məlumatlar yer alıb. Modern.az saytı xəbər verir ki, musavat.com-un verdiyi məlumata görə, bununla bağlı "facebook" sosial şəbəkəsində bir çox səhifələrdə və şəxsi profillərdə məlumatlar yayımlanıb.

Məlumatlarda bildirilir ki, şübhəli şəsxin fotoları paytaxtın bir sıra mühüm ictimai obyektlərində, avtovağzal və otellərdə yapışdırılıb.

Bundan başqa məlumatlarda adı Muhammed Ahmet olduğu deyilən bu şəxsi görənlərdən hüquq-mühafizə orqanlarına zəng etmələri xahiş olunub.

Qeyd edək ki, musavat.com-un əməkdaşı elanda yazılan nömrələrə zəng edib. Lakin qeyd edilən nömrələrin heç birinə zəng çatmayıb. Bu da məlumatın nə qədər doğru olub-olmadığını şübhə altına salır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?