İŞİD üzvlərindən xeyli hissəsi qaçqın kimi Avropaya keçib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, içərisində terror qruplaşmanın başçılarından biri olan döyüşçülər dəstəsi qaçqınlar adı altında Suriyadan Avropaya keçib.
“Daily Mail” italyan xüsusi xidmət orqanlarındakı mənbələrinə istinadən xəbər yayıb ki, bu dəstənin başçısı alban cihadçısı, İŞİD-in yüksək vəzifəli komandirlərindən biri Lavdrim Muxadjeridir. O həm də Abdulla al-Kosovo adı ilə məşhurdur.
Terrorçuların güman edilən hədəflərinin arasında Kosovoda bir sıra dövlət idarələrinin, həmçinin serb pravoslav kilsələrinin olduğu bildirir.
Modern.az