Xəzər rayonunun Binə qəsəbəsi ərazisində aprel şəhidlərinin xatirəsi əbədiləşdirilib. Modern.az saytı xəbər verir ki, qəsəbədəki məhəllələrdən birinə aprel şəhidlərinin xatirəsinə Lələ Təpə adı verilib.
Mətbuatda yayılan məlumata görə, hələ bir neçə ay əvvəl sakinlərin təşəbbüsü ilə məhəllənin girişində üzərində Lələ Təpə məhəlləsi yazılmış xüsusi lövhə yerləşdirilib və Azərbaycan bayrağı asılıb.
Bu gün isə ərazidə asılan bayraq dəyişidirilib və daha böyüyü ilə əvəz olunub.
Modern.az