Modern.az

Şabranda “Prado” ağaca çırpıldı

Şabranda “Prado” ağaca çırpıldı

Aktual

3 Yanvar 2017, 23:59

Şabranda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı-Quba yolunun 129-cu km-də, Şabran rayonu ərazisində “Prado” markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılması nəticəsində yol nəqliyyat qəzası baş verib. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?