Salyanda yanğın qeydə alınıb.
Modern.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, rayonun Yeni Uluxanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 63 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 04:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az