Pakistanda polis avtomobili yoldan keçərkən partlayıcı qurğu işə düşüb.
Modern.az saytının xarici KİV-ə istinadən xəbərinə görə, hadisə nəticəsində 19 nəfər xəsarət alıb.
Partlayış səhər saatlarında Xayber-Paxtunxva vilayətinin Dəra-İsmayıl-Xan şəhərində baş verib. Yaralılardan 4-ü polis əməkdaşı, 15-i isə həmin vaxt yoldan keçənlərdir.
Araşdırma aparılır.
Modern.az