Modern.az

Lənkəranda 4 il əvvəl itkin düşən qızı qardaşı öldürübmüş

Lənkəranda 4 il əvvəl itkin düşən qızı qardaşı öldürübmüş

Aktual

4 Yanvar 2017, 11:41

Lənkəranda 4 il əvvəl itkin düşən qadının qardaşı tərəfindən öldürüldüyü məlum olub.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, 2012-ci il iyunun 17-də Lənkəran sakini Təranə Ağayeva yaşadığı Nərimanabad qəsəbəsindəki evdən çıxıb və geri qayıtmayıb.

Lənkəran ŞRPŞ-yə daxil olmuş məlumat əsasında T.Ağayevanın həmin gün qəsəbə ərazisində qardaşı Fuad tərəfindən daşla döyülərək qətlə yetirilməsi və meyitin evinin yaxınlığında basdırılması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində F.Ağayev tutulub. O, hadisəni törətdiyini etiraf edib.

Meyitin qalıqlarının eksqumasiya edilməsi üçün tədbirlər görülür.

Araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?