Modern.az

“İstanbuldakı terroru törədənin kimliyi məlumdur”  

“İstanbuldakı terroru törədənin kimliyi məlumdur”   

Aktual

4 Yanvar 2017, 12:45

İstanbulun Ortaköy rayonundakı “Reina” gecə klubuna hücum edən şəxsin kimliyi məlumdur.

Modern.az saytı "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.


Terrorçunun adını açıqlamayan nazir aksiya təşkilatçılarının həbs edilməsi üçün hazırda bir sıra əməliyyatların həyata keçirildiyini bildirib.


Xatırladaq ki, bir neçə gün öncə - yanvarın 1-nə keçən gecə İstanbuldakı “Reina” gecə klubunda törədilən terror aktı nəticəsində 39 nəfər həlak olub, 65 nəfər yaralanıb. Ölənlərin 25-i xarici ölkə vətəndaşlarıdır.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?