Bu gün 2016-cı ilin “Aprel döyüşləri”ndə şəhid olmuş gizir Teymur Qasımovun doğum günüdür.
Modern.az-ın məlumatına görə, Teymur Qasımov yanvar 1992-ci ildə Mingəçevir şəhərində anadan olub. Mingəçevirdəki internat məktəbi bitirib.
2012-ci ildən Müddətdən Artıq Xidmət Edən (MAXE) hərbi qulluqçu, 2013-cü ildən isə gizir rütbəsində vətənə xidmət edib. Tərtər rayonunun Talış kəndindəki yüksəklik uğrunda gedən son döyüşdə şəhid olub.
Şəhid aprelin 9-da Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.
Allah rəhmət eləsin...