Modern.az

"Türkiyə Konstitusiyasına dəyişiklik edilməsi zəruridir” - Baş nazir

"Türkiyə Konstitusiyasına dəyişiklik edilməsi zəruridir” - Baş nazir

Aktual

4 Yanvar 2017, 20:02

"Türkiyə Konstitusiyasına dəyişikliklər edilməsi məsələsi hələ də gündəmdədir. Ölkədə terror aktları törədilən zamanda bəziləri bu dəyişikliklərin nəyə lazım olduğunu, nə üçün dəyişiklikləri dəstəklədiyimizi soruşur. Bütün bunlar tələdir. Bu gün ən böyük zərurət Konstitusiyaya dəyişikliklər edilməsidir". Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binali Yıldırım bildirib.

 

Baş nazir vurğulayıb ki, bu dəyişiklikləri zəruri edən bir sıra amillər var: “15 iyul hadisələri zamanı zəif hökumət olsaydı, ölkənin halı necə olardı?! Yeni çevrilişlər olar, ölkə bir neçə il əvvələ qayıdardı. Türkiyənin ətrafı bu gün "yanar həlqə"ni xatırladır. Bu gün Türkiyə ətrafındakı yanğını söndürməyə və  ayaqda qalmağa çalışır. Bunun üçün isə güclü hökumətə malik olmaq lazımdır. Yeni Konstitusiya bizə bunu etməyə imkan verəcək".

 

Modern.az

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?