ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiya qüvvələri İraqda İŞİD terrorçu qruplaşmasının iki liderini məhv edib. Modern.az saytı xarici mediaya xəbər verir ki, bunu koalisiyanın nümayəndəsi Con Dorrian bildirib.
C.Dorrian qeyd edib ki, İŞİD-ın İraqda iki lideri, İmad əl-Mahalauyi və Fəlah əl-Rəşidi məhv edilib: “Yanvarın 4-də məhv edilən əl-Rəşidi Mosulda minalanmış avtomobillərin istehsalı ilə məşğul olub. Digər terrorçu dekabrın 21-də öldürülüb. Onun məhv edilməsi Fərat çayı vadisində terror aktları törədilmə imkanlarını azaldacaq”.
Modern.az