Modern.az

“Məndən möcüzələr gözləməyin” - Antonio Quterreş

“Məndən möcüzələr gözləməyin” - Antonio Quterreş

Dünya

4 Yanvar 2017, 22:51

“BMT-nin qarşısında duran problemlərin həllində məndən möcüzələr gözləməyin. Dünyada qarşılıqlı konfliktlərin sayı artır. Nəticədə qlobal terrorizm artır və İkinci Dünya Müharibəsindən bu yana müşahidə edilməyən qaçqın köçü davam edir”. Modern.az saytı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin yeni baş katibi Antonio Quterreş bildirib.

Antonio Quterreş BMT-ni qarşıda çox çətin sınaqların gözlədiyini bildirib: “Biz problemlərin qlobal olduğu və ölkələrin təkbaşına bunları həll edə bilməyəcəyi dünyada yaşayırıq. BMT hazırkı vəziyyətində qlobal çağırışlara effektiv reaksiya vermək vəziyyətində deyil. Ona görə də təşkilata təcili islahatlar lazımdır”.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU