Modern.az

Yaqub Zurufçu iki ay Latın Amerikası ölkələrində konsert verib - FOTOLAR

Yaqub Zurufçu iki ay Latın Amerikası ölkələrində konsert verib - FOTOLAR

Aktual

5 Yanvar 2017, 09:21

Hər zaman ən böyük istək və amalı dogma Vətənimizin mədəniyyət və incəsənətini dünyanın hər yerində daha geniş təbliğ etmək olan, ötən ilin oktyabr ayının ortalarından başlayaraq Kanadada, daha sonra ABŞ-ın bir-neçə şəhərində böyük konsert proqramı ilə musiqisevərlər qarşısında çıxış edən görkəmli sənətkarımız Yaqub Zurufçunun Latın Amerikası ölkələrinə iki aydan artıq davam edən qastrol səfəri böyük uğurla başa çatıb.
 

Yalnız Güney və Quzey Azərbaycanından olan soydaşlarımızın deyil, həm də Kanadanın Toronto, Amerikanın iri şəhərlərindən olan Los-Anceles, San-Fransisko, San-Dieqo və digər şəhərlərində Azərbaycan mahnı və musiqisinə böyük maraq göstərən yerli tamaşaçılar qarşısında bəstəkarlarımızın populyar əsərlərini və xalq mahnılarını özünəməxsus yüksək ustalıqla ifa edən müğənninin konsertləri hər yerdə alqışlarla qarşılanıb.

Özünün konsert proqramını adəti üzrə hər dəfə “Azərbaycan” mahnısı ilə başlayan müğənni dünya şöhrətli dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Sənsiz”, “Sevgili canan” romanslarını, onun şah əsərlərindən olan “Koroğlu” və “Arşın mal alan” operalarından ariyaları, həmçinin Asəf  Zeynallının, Niyazinin, Fikrət Əmirovun, Tofiq Quliyevin, Vasif Adıgözəlovun, Cahangir Cahangirovun əsərlərini və populyar xalq mahnıları ifa edib, ondan ayrılmaq istəməyən pərəstişkarlarından yekunda ayaq üstə alqışlarla, həm də vətən həsrəti-acısı ilə, göz yaşları ilə qarşılanan məşhur “Ayrılıq” mahnısı ilə ayrılıb.

Hər bir konserti onu sevən dinləyicilərlə xoş bir görüş fürsəti hesab edən Y.Zurufçu pərəstişkarlarına müsəlman Şərqinin ilk, dahi bəstəkarı Üzeyir Hacıbəylinin 130 illiyi münasibətilə özünün hazırladığı mahnı albomunu bağışlayıb, avtoqraflar verib.

60 illik yubileyi ilə bağlı dinləyicilərinə sənətkar hesabatı  sayıla biləcək konsertlərdə müğənnini istedadlı gənc pianoçu Təhminə Sadıqova müşayiət edib.

Yaqub Zurufçu qastrol səfəri çərçivəsində Azərbaycanın ABŞ və Kanadada və yaşayan tanınmış, məşhur sənət adamları, çoxsaylı həmvətənlərimizlə də görüşüb, Torontoda ilk dəfə fəaliyyətə başlayan Azərbaycan telekanalının – AzstarTV-nin təntənəli açılışında iştirak edib, soydaşlarımızın böyük sevincinə səbəb olan, ölkəmizin tarixinin, bugünkü sürətli sosial-iqtisadi inkişafının təbliğini, Dağlıq Qarabağla bağlı problemlərin Kanada vətəndaşlarına düzgün, obyektiv olaraq çatdırılmasını qarşıya məqsəd qoymuş yeni telekanala müsahibə verib.

Rəhman ORXAN
e-mail:  [email protected]

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?