Çinin Henyan əyalətində kömür mədənində partlayış baş verib.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində azı 5 şaxtaçı ölüb.
Partlayış baş verdiyi an mədəndə 50-dən çox fəhlə olub, dağıntılar altında 10-a yaxın şaxtaçı qalıb.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib.
Modern.az