Yeni il gecəsi İstanbulun məhşur əyləncə mərkəzindəki terror olayından sonra fərqli fikirlər səsləndirildi. Həm Türkiyə, həm Azərbaycan olayın üzüntüsünü yaşadığı bir vaxtda bəzi fərqli düşüncə sahiblərinin sosial mediada səsləndirdikləri uyğunsuz fikirlərə təpkilər çoxaldı. Qeyd edim ki, terrorda bir Rusiya vətəndaşı olan azərbaycanlı da həyatını itirib. Ümümiyyətlə, gecə klubu ilə bağlı səslənən fikirlərdən sonra məkan və orda terror qurbanı olanlar haqqında yazmaq qərarına gəldim.
Əvvəlcə ondan başlayaq. “Reina” İstanbulun mərkəzində yerləşən ən böyük əyləncə mərkəzlərindəndi. Uzun illər İbrahim Tatlısəsin səhnə aldığı klubda başqa məhşur sənətçilər də ifa edirdi. Yəni “Reina” bəzilərinin düşündüyü kimi, sıradan bir yer deyildi. Dünyada da tanınan bu məkana hər il minlərlə turist gəlirdi. Əslində çox bahalı olan məkana daxil olmaq da çətin idi. 16 ildi fəaliyyət göstərən mərkəzin qaydaları dəyşmirdi. Məsələn, yanız həftə sonları müştərilər məkana idman üslüblü geyimlə daxil ola bilərdi. Tərlik, idman ayaqqabısı və s geyimlərlə iş günlərində məkana daxil olmağa icazə vermirdilər. Hətta ünlü biri olsa belə, bu qaydaya əməl etməliydi.
Bir neçə il əvvəl “Öylə geçər zamanki” serialının işçilərini uyğunsuz geyimə görə içəri almayan məkan mediada gündəm olmuşdu. Bir sözlə, terrorçular bu məkanı seçməklə həm də Türkiyə turizminə zərbə vurmaq məqsədi güdüblər.
O gecə klubda ölənlər kimlər idi? Doğurdandamı bəzi düşüncəsizlərin dediyi kimi, onlar əxzlaqsızdırlar?
O gecə Türkiyə “Bəylərbəyispor”unun futbolçusu Səfa Boydaş da məkandaydı. Gecə kulubuna düzənlənən saldırıdan sağ çıxan futbolçu Səfa Boydaş bildirib ki, məkanda nişanlısı ilə bərabər olub. Onu sırtına alaraq, qaçmağa çalışıb.Yalnız polislər gəldikdən sonra çıxa biliblər.
Gecə klubunda şəhid olan polis əməkdaşı Burak Yıldız cəmi 10 ay idi hüquq-mühafizə sistemində işləyirdi.
Yeni il gecəsi terror qurbanı olan güvənlik işçisi Fatih Çakmak 10 dekabrda Beşiktaşdakı terrordan sağ çıxmışdı. “Reina” terrorunda isə qurban oldu.
Klubda qarson olan Kənan Kutluk... Oradakı ünlülərlə rəsm çəkməyi sevən qarsonun son şəkli məhşur futbolçu Məsut Özüllə olmuşdu.
Terrorda həyatını itirən Mustafa Sezgin Seymen yeni nişanlanmışdı. Nişanlısı ilə birıiktə Yeni ili bu məkanda keçirmək istəmişdi. Amma bu, onun nişanlısı ilə son görüşü oldu.
“Reina”da düzənlənən terror hücumunda həyatını itirən iki Hindistan vətandaşından biri dünyaca ünlü film sektorunun (Bollywood) tanınan isimlərindən olan Abis Rezvidir. Dünən onun cənazəsi Mumbayiyə çatdırıldı. 49 yaşlı ssenarist ən son 2014-cü ildə “The Tigers of Sunderbans” isimli filmi yazıb, çəkmişdi.
Olayda livanlı cütlük İlyas Vardani və Rita Şami də yaşamını itirdi. Silah səslərini duyan Vardaninin dənizə atladığı və boğularaq öldüyü məlum oldu. Rita Şami isə terrorçunun gülləsi ilə dünyasını dəyişdi. 26 yaşlı Rita Şami ünlü iş adamı İlyas Şaminin qızıdır.
Bundan başqa, Səudiyyə Ərəbistanının 5 vətəndaşı həyatını itirdi. İraqdan 3, Mərakeşdən 2, Rusiyadan 1 nəfər terrorun qurbanı olub.
Məhsəti Şərif