“Heç kim Türkiyənin birliyini və bütövlüyünü sarsıda bilməz. Terrorçular və onlara dəstək olanlar məqsədlərinə çata bilməyəcəklər”.
Modern.az xəbər verir ki, bunu Ankarada "Keçiören" metro stansiyasının açılışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R.T.Ərdoğan bildirib ki, Türkiyənin təhlükəsizliyi ölkə sərhədlərindən yox, Naxçıvandan, Batumidən, Balkanlardan və Hələbdən başlayır.
“Terrorçular Türkiyəni diz çökdürməyə çalışırlar. Amma onlar buna nail ola bilməyəcəklər”,-Ərdoğan vurğulayıb.
Mirmahmud KAZIMOĞLU