Modern.az

““İncirlik hərbi hava bazasını bağlayırıq”  deməyə haqqımız var”

““İncirlik hərbi hava bazasını bağlayırıq”  deməyə haqqımız var”

5 Yanvar 2017, 17:20

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın İncirlik hərbi hava bazası ilə bağlı mühüm açıqlama verib.

Modern.az xəbər verir ki, İbrahim Kalın NATO-nun Türkiyənin İncirlik hərbi hava bazası ilə bağlı bildirib ki, Türkiyənin “İncirlik hərbi hava bazasını bağlayırıq”  deməyə haqqı var.

"Bölgədə terror dəhlizi yaradılmasına heç vaxt imkan verməyəcəyik. İŞİD-lə mübarizədə müttəfiqlərimiz də bizə dəstək verməlidir.  Əgər Amerikan rəhbərliyi Suriya müxalifətinə verdiyi sözləri tutsaydı, Suriya müxalifəti bugünkü qədər gücsüz olmazdı.  Bəlkə də Hələbdə bu günkü vəziyyət baş verməzdi”.

 

 

Mirmahmud KAZIMOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?