Bayram günlərində 37 sərxoş sürücü inzibati məsuliyyətə cəlb edilib. Bu sözləri Modern.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
O bildirib ki, 31 dekabr-4 yanvar aralağında paytaxt ərazisində nəqliyyat vasitəsini sərxoş halda idarə edən 37 sürücü aşkar edilərək, inzibati məsuliyyətə cəlb edilib.
“Sərxoş halda avtomobil edən sürücülər özləri ilə birlikdə digər hərəkət iştirakçılarına da təhlükəli vəziyyət yaradırlar. Sürücülərimizdən xahiş edirik ki, qaydalara riayət etsinlər”,-Vaqif Əsədov deyib.
Sərxoş vəziyyətdə saxlanılan sürücülər İnzibati xətalar Məcəlləsinə görə, 400 manat cərimələniblər və onlara 5 cərimə balı yazılıb.
Qafar Ağayev