Modern.az

İzmirdəki terrorda ölü sayı artır: 2 ölü, 10 yaralı - YENİLƏNİB

İzmirdəki terrorda ölü sayı artır: 2 ölü, 10 yaralı - YENİLƏNİB

5 Yanvar 2017, 20:52

Türkiyənin İzmir şəhərində Ədliyyə Nazirliyiinin yerli idarəsinin binası yaxınlığında törədilmiş partlayış nəticəsində 2 nəfər şəhid olub, 10 yaralı var. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, həlak olanlardan biri polis əməkdaşı, digəri isə ədliyyə işçidir.

Məlumata görə, partlayışı törədən terrorçulardan ikisi məhv edilib. Digər terrorçu isə axtarılır.

 

****

 

Türkiyənin İzmir şəhərində partlayış törədilib.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə İzmir Ədliyyə Nazirliyinin yerli  idarəsinin binası yaxınlığında baş verib.

 

Məlumatda qeyd olunub ki,  partlayışın səbəbi hələlik məlum deyil. Yaralananların olduğu bildirilir... Hadisənin terror olduğu ehtimal edilir.

 
***

Türkiyə KİV-nin məlumatına görə, partlayış növbəti terror aksiyasıdır. Partlayışdan sonra terrorçularla polis əməkdaşları arasında atışma olub. Polis iki terrorçunu zərərsizləşdirib. Daha bir terrorçunun isə axtarıldığı bildirilir...

 

***


"Anadolu" Agentliyinin məlumatına görə, hadisə nəticəsində 2-si polis olmaqla 7 nəfər yaralanıb. "Hürriyet" isə yaralananların sayının 10-a çatdığını bildirir. Onlar xəstəxanalara çatdırılıblar...

 

***

"Anadolu" Agentliyinin məlumatına görə, terakt nəticəsində 1 polis və 1 ədliyyə işçisi həlak olub...



Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?