Modern.az

İzmir terrorunu PKK törədib - Validən ilk AÇIQLAMA

İzmir terrorunu PKK törədib - Validən ilk AÇIQLAMA

5 Yanvar 2017, 19:03

Türkiyənin İzmir şəhərindəki ədliyyə idarəsinin binası qarşısında törədilən partlayışın izləri PKK terror təşkilatına gedib çıxır.  Modern.az xəbər verir ki, bu barədə İzmir valisi Erol Ayyıldız mətbuata açıqlamasında deyib.

Vali bildirib ki, olay yerinə yaxın ərazidə terrorçulara məxsus ikinci bir bombalı maşın açkarlanaraq polisin nəzarəti altında partladılıb.

Xatırladaq ki, yanvarın 5-də axşam saatlarına yaxın İzmirdə partlayış törədilib. Hadisənin ardından polislə silahlı qarşıdirmada 2 terrorçu məhv edilib, 1-i isə axtarılır.

Olay nəticəsində 1 polis, 1 ədliyyə işçisi həlak olub, 5 nəfər isə yaralanıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?