ABŞ Dövlət Departamenti Üsamə bin Ladenin oğlunu axtarır. Modern.az saytı xəbər verir ki, ABŞ bu gün 2011-ci ildə ləğv edilmiş "əl-Qaidə" qruplaşmasının başçısı Üsamə bin Ladenin oğlu Həmzə bin Ladenin adının beynəlxalq terrorçular siyahısına əlavə olunduğunu bəyan edib.
Məlumatda bildirilir ki, o, 14 avqust 2015-ci ildə rəsmən "əl-Qaidə" üzvü elan olunub və sonralar ABŞ-ın ünvanına təhdidlərlə çıxış edib.
Modern.az