Neftin qiyməti ucuzlaşıb. Modern.az saytı xəbər verir ki, ABŞ-da neft ehtiyatları üzrə statistikanın çıxmasından sonra İCE birjasında keçirilən hərraclar zamanı "Brent" markalı neftin qiyməti bir barelə 56,03 dollara qədər ucuzlaşıb.
“Report”un məlumatına görə, Bakı vaxtı ilə 20:30-a olan vəziyyətə görə, İCE birjasında WTI markalı yüngül neftin bir bareli 52,80 dollar təşkil edib.
Bu gün Enerji İnformasiya İdarəsi (EIA) məlumat yayıb ki, ABŞ-da kommersiya məqsədli neft ehtiyatları dekabrın 30-da başa çatan həftə ərzində 7,1 milyon barel azalaraq 479 mln. barelə düşüb.
Modern.az