Modern.az

Dönərsə sənindir...

Dönərsə sənindir...

Aktual

6 Yanvar 2017, 00:11

“Hər zaman kinoya getməyi çox sevmişəm. Ona görə də karyeramda bir filmimin olmasını çox istəyirdim. Bu iş də, uğurumun davamı oldu. Ancaq təbii ki, əsas işim musiqi ilə bağlıdır, yəni mahnı oxumağı sevirəm”. Modern.az saytı xəbər verir ki, “Report”un məlumatına görə bunu türk müğənni Murad Boz Bakıda qala gecəsi keçirilən “Dönərsə sənindir” filmindən sonra keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, filmin süjet xəttində yer alan sevgi acısını ən az qadınlar qədər kişilər də çəkir:

“Odur ki, sevgi acısının cinsiyyəti yoxdur. Məsələn, mən sevgi depressiyasına düşsəm, Sezen Aksunun həzin mahnılarına qulaq asmaram. Yaxud da spirtli içki qəbul etməklə acını yüngülləşdirmək olmaz. Çünki səhər ayılanda onsuz da bütün xatirələr yada düşmüş olur. Yəni, hər şey qaldığı yerdən davam edər”.

“Film zamanı ən çətin səhnə dava hissələrini çəkərkən oldu. Çünki mən adətən komediya janrlarında çəkilmişəm. Romantik komediyada çəkilmək xarakterimə daha uyğundur. Dram oynamaq çox çətindir. Dramatik rolda çəkilmək üçün mənə çox uzun zaman lazımdır. Lakin dava səhnəsində daha dramatik rolda olmaq lazım idi. Tərəf müqabillərim mənə bu işdə çox dəstək oldular”, - deyə sənətçi qeyd edib.

O, həmçinin əlavə edib ki, sabah filmin Antalyada qalası olacaq:

"Filmimizə olan maraq bizi qane edir və çox sevinirik. Əgər izləyicilərimiz də razı qalarlarsa, çox xoşbəxt olarıq”.

Qeyd edək ki, bu gün Nizami Kino Mərkəzində türk müğənni Murat Bozun çəkildiyi filmin təqdimatı olub.

 

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?