Modern.az

Xeyirxah və mərhəmətli insan mərd olar...

Xeyirxah və mərhəmətli insan mərd olar...

17 Mart 2011, 12:50

Allah mənə buyurdu ki, mən ədəbaz deyil, təvazökar olum və heç kəs gərək başqasını incitməsin.

Məhəmməd Peyğəmbər (ə.s.)

 

Bilmirəm nədənsə, həmişə müqəddəs kitabdan müdrik kəlamları oxuyanda mütləq gözlərim önünə yaxşı və pis adamlar, daha doğrusu yaxşı və pis əməl sahibləri gəlir. Və həmin kəlamları tanıdığım o cür insanlara şamil edirəm. Ancaq nə yaxşı ki, yaxşı əməl sahibləri daha çox yadıma düşür. Məhəmməd Peyğəmbərin (ə.s) bir kəlamında deyilir: Dünyəvi həyat əkin kimidir: onun məhsulu o dünyada yeyilir. Buna görə də bu dünyada yaxşılıq edin ki, o dünyada yaxşılıq biçəsiniz. Hər bir yaxşı əməl ehsandır. Səxavətli insan Allaha, xalqa, behiştə yaxın və cəhənnəmdən uzaqdır. Paxıl və xəbis insan isə Allahdan, xalqdan, behiştdən uzaq, cəhənnəmə yaxındır. Allah öz bəndələrini sevir və insanlara yaxşılıq edən hər kəs Allah yanında əzizdir.

Bu müdrik kəlamları elə-belə, sözgəlişi xatırlamadım. Yazımın konkret ünvanı var. İnsanlara daim yaxşılıq edən bir insan haqqında danışmaq istəyirəm. O insanın ki, amalı, məqsədi, məsləki, əqidəsi ancaq yaxşılıq etməkdi, dara düşən, çətinliyə düçar olan insanların dadına çatır, heç kəsi naümid qaytarmır. Bu, sözü, fikri, əməli xeyirlə yoğrulmuş Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili, Beynəlxalq Eko-Energetika Akademiyasının fəlsəfə doktoru, işığı və zəkası ilə digərlərini işıqlandıran, özü şəxsiyyət zirvəsinə ucalan Novruz Aslanovdur. Ömrünü xeyriyyəçiliyə həsr edən, sözü ilə əməli həmahəng olan, gənc ikən müdrik olan Novruz Aslanov 2005-ci ildən Milli Məclisin deputatıdır. 2007-ci ildə Parlament Jurnalistləri İctimai Birliyi tərəfindən təsis olunmuş “seçici hüquqlarını müdafiə edən ən fəal millət vəkili” adına layiq görülmüşdür. Amerika Bioqrafiya İnstitutu tərəfindən tibb sahəsində göstərdiyi xidmətlərə görə 2008-ci ilin adamı naminasiyasının qalibi olub. 2009-cu ildə Milli Məclisdə göstərdiyi fəaliyyətə görə “Qızıl Buta” mükafatına layiq görülüb. Yusif Məmmədəliyev adına medala layiq görülmüş və respublikanın sosial ictimai həyatındakı xidmətlərinə görə 2005-ci ilin fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla “Tərəqqi” medalı, 4 mart 2010-cu ildə isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.

Aldığı mükafatları qəsdən ardıcıllıqla sadaladım və “Vətənə xidmətə görə” ordenini sonda yazdım. Vətənə xidmətə görə sözü çox böyük məfhumdu və çox möhtəşəm səslənir. Hər adama belə mükafat nəsib olmur. Əslində elə hər adam da Vətənə bütün varlığı ilə, canı, qanı ilə bağlı olub ləyaqətlə xidmət göstərmir. Ancaq Novruz Aslanov bütün bacarığını, zəkasını, biliyini sərf edir ki, Vətəni daha da gözəlləşsin, firavanlaşsın. İnsanları xoşbəxt yaşasın.

O, baharda doğulub. Bahar bayramının yurdumuza qədəm qoyduğu vaxtda - 22 martda Davud Aslanın ocağında dünyaya göz açıb. Baharda həyat sanki dirçəlir, qaynayır, torpaq oyanır, ağaclar puçurlayır, güllər açır, insanlarda qurub-yaratmaq eşqi artır. Bəzən yazda “qan qaynayan vaxtdı” deyirlər. Bu ifadə də yəqin elə ona görə yaranıb ki, təbiətdə oyanış, insanlarda coşğunluq artır. Bəlkə də Novruz Aslanın təbiətindəki qurub-yaratmaq həvəsi elə baharın təsirindəndi. İnsanlara sevgi ilə, mərhəmətlə yanaşmağı var, xeyirxahlıq etməyi xoşlayır. Ümumiyyətlə xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl onun əxlaq kodeksinə çevirilib.

Bu gün Azərbaycanda adını hamının hörmətlə çəkdiyi millət vəkili, dəyərli insan Novruz Aslan hələ Qızıl Ayparada çalışdığı ilk gündən insanların sevimlisinə çevrilmişdi. Deputat kimi də ürəkləri fəth etməkdə davam edir. Təsadüfi deyil ki, ötən il 86 saylı İsmayıllı seçki dairəsindən yenidən səs çoxluğu ilə Milli Məclisə deputat seçildi. Novruz müəllim nəinki seçildiyi bölgənin, ümumilikdə bütün bölgələrdən olan vətəndaşların ümid yeridir. Təbii ki, bu, heç də səbəbsiz deyil, onun son illərdəki fəaliyyətinə diqqət yetirdikdə görünür ki, seçdiyi yolun xətti yalnız Azərbaycan insanına, Azərbaycan vətəndaşına xidmətdir. O, keçirdiyi görüşlərdə vətəndaşların, xüsusilə əhalinin aztəminatlı təbəqələrinin problemlərinin həllini özü üçün prioritet seçib. Bunu onun ünvanına yazılmış onlarla təşəkkür məktublarından aydın görmək olur. Həmin məktubların hər birini həyəcansız oxumaq mümkün deyil. Elə buradaca bir məktubu olduğu kimi dərc etməyimiz yerinə düşür.

Azərbaycan Respublikası Milli  Məclisin deputatı cənab Novruz Aslanov yoldaşa, İsmayıllı rayon Talıstan kənd sakini           Nəsirli Elçin Zöhrab oğlu tərəfindən
Təşəkkürnamə 

Çox hörmətli Novruz müəllim. Mən Nəsirli Elçin Zöhrab oğlu 1992-ci ildə səfərbərliyə çağrılmışam. 1994-cü ilin iyun ayınacan hərbi xidmətdə olmuşam. Yaralanmışam. 4 dəfə qospitolda yatmışam. Amma neçə il idi ki, bəzi dövlət məmurları tərəfindən heç bir qayğı görmürdüm. 2008-ci ildə sizinlə görüşdükdən sonra mən də ümidləndim. Məhz sizin İsmayıllı rayon hərbi komissarlığı ilə birlikdə köməkliyiniz nəticəsində nəhayət ki, döyüşlərdə iştirak edən bir döyüşçü kimi mənə veteranlıq verildi. Bu mənim haqqım idi. Əgər siz olmasaydınız yəqin ki, mən bu vəsiqəni ala bilməyəcək və mənim haqqım taptalanacaqdı.

Siz bir deputat olaraq hər həftə rayona gəlib onlarla ehtiyacı olan adamları qəbul edirsiniz. Biz bunları alqışlayırıq və bir deputat kimi sizə inanırıq. Mənə etdiyiniz köməkliyə görə öz adımdan və ailəmiz adından sizə dərin minnətdarlığımızı bildiririk, sizə uzun ömür, can sağlığı arzulayırıq.

5.01.2011            
hörmətlə:  Elçin Nəsirli

Belə məktubların sayını nə qədər desən artırmaq olar. Ancaq buna lüzum bilmədik. Sadəcə olaraq bir-ikisini hörmətli oxucularımızın diqqətinə çatdırırıq.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı cənab Novruzəli Aslanov yoldaşa

İsmayıllı rayon Diyallı kənd sakini
Hacıyeva Aygün Hafiz qızı tərəfindən

Təşəkkürnamə

Hörmətli Novruz müəllim! Mənim sizə etdiyim müraciəti nəzərə alaraq mənim təhsil haqqıma kömək etdiniz. Öz adımdan və ailəm adından sizə həyatda can sağlığı, uzun ömür və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.

Siz mənim təhsil haqqıma kömək etdiniz, Allah da sizə kömək olsun.

İmza. H.Aygün
13.01.2011-ci il.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruz Aslanov cənablarına İsmayıllı rayon sakini Kərimi Böyükağa    Tahir oğlu tərəfindən
Təşəkkürnamə 

Hörmətli Novruz müəllim!

Sizə ünvanladığım xahiş məktubuma əsas olaraq 1 saylı klinikada müalicə olunan anam Seyidova Səbinə Nağı qızının müalicəsinə və əməliyyatına etdiyiniz köməkliyə görə sizə və sizin simanızda bu işdə köməkliyi və əziyyəti olan hər bir şəxsə ailəm və öz adımdan böyük təşəkkürümüzü bildiririk.

Sizə uzun ömür, can sağlığı arzu edirik. Sizin mənə və bütünlükdə ailəmə bəxş etdiyiniz bu sevincə görə sizə dərin minnətdarlığımı bildirərək sizin qarşınızda baş əyirik.

İmza:          Kərimilər ailəsi

07.03.2011

Hörmətli Novruz Aslanov cənabları!
Sizi salamlayır, Sizə və ailənizə səadət arzu edirik. 

Ana təbiətimizin səxavət süfrəsi Azərbaycandadır. Səmavi kitablarda belə bir fikir formalaşıb ki, cənnət deyilən məkan Ağrı dağı ilə Amudərya çayı arasında olan ərazidə yerləşir. O taylı, bu taylı Azərbaycanın isə mərkəzində füsunkar diyar Astara rayonu qərar tutur.

Qızıl Aypara Cəmiyyətinin Astara rayon bölməsinin sədri Asif Hüseynquliyev cənnət carçısı kimi Astara rayonunda xeyirxahlığı ilə seçilməklə, insanlar arasında sanki məhəbbət kisəsi gəzdirir. Astara rayonunun Şovaş kənd sakini Şahmarova Yasəmən Yədulla qızı dünyaya göz açanda, doğuş vaxtı anasını itirmiş, uca Tanrı isə sanki onu cəzalandıraraq, onun üzünə taleh gülməmiş, şikəst olmuşdur. Bu az imiş kimi doğma atası da ondan imtina etmiş, babası onu saxlamağa məcbur olmuşdur.

Qızcığaz 6-8 yaşlarında olanda nənəsini və babasını da itirmiş, şirin söz – bir laylaya möhtac qalmışdır. Hal-hazırda əmisi ilə birlikdə yaşayan Yasəmənin bir arzusu var idi ki, heç olmazsa əlil arabası olsun. 5 fevral 2011-ci il tarixdə Qızıl Aypara Cəmiyyətinin Astara rayon bölməsinin sədri və müavini Yasəmənin arzusunu reallaşdırdılar.

Çox kövrək hisslər keçirərək bir daha sizə məhəbbət diləyir və arzu edirik ki, uca tanrının qəzəb ağacı sizin kimi gözəl insanlara qarşı heç vaxt uzanmasın.

Qızıl Aypara Cəmiyyətinin Astara rayon bölməsi Qurban, Novruz bayramlarında tək və kimsəsizlərə, əhalinin nisbətən yoxsul təbəqələrinə sovqatlar və müəyyən qədər geyimlər paylamaqla qəlblərə ümüd nuru çiləmişdir.

Azərbaycanın çiçəklənməsi naminə sizlərə böyük uğurlar arzu edirik – məhəbbətlə ucalasınız.

Hörmətlə.

1. Hacı Mahmud
2. S.Rəhmanov
3. F.Mahmudov
4. K.Əliyev
5.A.Fərziyev

Hər həftə görüşünə gələn insanların dərd-sərini səbrlə dinləyib, hər birinə lazım olan köməkliyi göstərmək çox böyük işdir.

Novruz Aslanın daha bir yaxşı keyfiyyəti isə jurnalistlərin də ürəyini fəth edə bilməsidir. Heç zaman onlardan qaçmır. Onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır. Həm də dəqiqliyi, obyektivliyi, qərəzsizliyi çox sevir və hamıya da bunu tövsiyə edir. Deyir ki, ağa ağ, qaraya qara demək lazımdı. Yalan məlumatlar cəmiyyətə, insanlara zərər gətirər.

Novruz Aslan həm də yaradıcı insandır. O, deputatlıq fəaliyyəti ilə paralel yaradıcılıqla da məşğul olur. 2009-cu il Prezidentimizin sərəncamı ilə “Uşaq ili” elan olunmuşdu. “Uşaqları qoruyaq” adlı bir musiqi klipini ərsəyə gətirdi ki, uzun müddət ekranlarda nümayiş etdirildi. Bu yaxınlarda isə “Sarı gəlin” musiqisini ərsəyə gətirib. Sözləri Gülnar Hüseynovaya aid olan mahnının musiqisi Novruz Aslanındır. Əməkdar artist Təranə Vəlizadənin ifasında səslənən musiqi dinləyicilərin könlünü oxşayır. Hal-hazırda isə Azərbaycan bayrağına aid olan bir musiqisi aranjimandadır. Göründüyü kimi Novruz Aslanın yaradıcılıq fəaliyyəti də sosialyönümlüdür.

Sadəlik insanın yaraşığı, təvazökarlıq isə gözəlliyidir. Hər iki xüsusiyyət Novruz Aslanovda var. Heç nəyə biganə deyil.  Bəzi məmurlar var ki, qapısına gələn zavallı insanlara əl tutub köməklik göstərməkdənsə təhqir edib qovur. İnsani dəyərləri unudur. Belə adamları görəndə istər-istəməz Novruz Aslanovun görüşlərini, ona müraciət edən imkansız adamları və onların ağzı dualı oranı tərk etmələrini xatırlamalı oluram. Kimsənin dərdinə biganə qalmayan Novruz müəllimin xeyirxah əməllərini, mərhəmətini hər kəs bilir. Bu yerdə yenə də Məhəmməd Peyğəmbərin (ə.s.) kəlamlarından misal çəkmək istərdim:

Hansı əməl yaxşıdır?- İnsan ürəyini sevindirmək, acları yedirtmək, darda qalanlara kömək etmək, əldən düşənlərin kədərini azaltmaq və ziyan çəkənlərin zərərini ləğv etmək. Məhz Novruz Aslanov Peyğəmbərimizin buyurduğu kimi davranır.

Allah təaladan istəyimiz odur ki, Novruz Aslan kimi insanları pənahında saxlasın. Bizim xalqın, Vətənimizin belə qeyrətli, dəyanətli, mərhəmətli, mərd insanlara ehtiyacı var. Allah sizi qorusun Novruz Aslanov. Amin.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB