Modern.az

Girovun bacısı telekanallardan kömək istədi: "Qızını çəkib, efirdə göstərsəydilər..."

Girovun bacısı telekanallardan kömək istədi: "Qızını çəkib, efirdə göstərsəydilər..."

Aktual

6 Yanvar 2017, 16:29

"Şahbazla bağlı heç bir yeni xəbər yoxdur. Yenilik odur ki, Şahbazın qızına atasının girovluqda olmasını söylədik və artıq qızı da bilir". 

 

Bu barədə Sherg.az-a Kəlbəcərə yaxınlarının qəbrini ziyarət etməyə gedərkən erməni əsgərləri tərəfindən girov götürülən Şahbaz Quliyevin bacısı İradə Quliyeva bildirib. İ.Quliyeva telekanallardan kömək istəyib:

 

"Heç olmasa telekanallar Şahbazın qızını efirə çəkib, göstərsəydilər, o da atasını istədiyini bildirərdi. Düzdü, dövlət maraqlanır. Hər halda istəyirəm ki, onun qızını danışdırsınlar".

 

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-ci ilin iyulun 11-də doğma torpaqları olan Kəlbəcərdə əzizlərinin məzarlarını ziyarət edərkən girov düşüblər. Onlarla birgə Kəlbəcərə getmiş Həsən Həsənov erməni silahlıları tərəfindən qətlə yetirilib. Ermənistan hökuməti hər 3 azərbaycanlını diversant kimi təqdim ediblər.
Separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi” 2014-cü ilin dekabrın 19-da Dilqəm Əsgərovun ömürlük, Şahbaz Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə "hökm” çıxarıb.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?