Türkiyə Silahlı Qüvvələrinin dekabrda Suriyada yaralanmış hərbçisi bu gün həyatını itirib. Bu barədə Modern.az Türkiyə KİV-nə istinadən məlumat verir.
O, Qaziantep xəstəxanasında müalicə alırdı.
Qeyd edək ki, dekabrın 21-22-i “Fərat qalxanı” əməliyyatı çərçivəsində Suriyanın Əl-Bab şəhərində qeydə alınmış döyüşlər zamanı 16 türk hərbçisi həlak olmuş, 32 nəfər yaralanmışdı.
“Fərat qalxanı” əməliyyatı başlayandan bəri Türkiyənin 45 hərbçisi həlak olub.
Modern.az