Modern.az

Mixail Saakaşvili növbəti tələbini səsləndirib

Mixail Saakaşvili növbəti tələbini səsləndirib

Aktual

6 Yanvar 2017, 23:01

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Tbilisinin keçmiş meri Gigi Uqulavanın "qanunsuz həbs"dən azad olunmasını alqışlayıb. Modern.az saytı xəbər verir ki, keçmiş prezident  xalqla görüşmək üçün ona dərhal Gürcüstana gəlmək hüququnun verilməsini tələb edib.

Mixail Saakaşvili öz feysbuk səhifəsində Gigi Uqulavanın  Milad bayramını öz uşaqları və dostları ilə qeyd edəcəyinə sevindiyini vurğulayıb: “Biz digər siyasi məhbusların dərhal azad olunmasını və mənə dərhal xalqla görüşmək və yanvarın 20-də "Vahid Milli Hərəkat"ın qurultayında iştirak etmək üçün Gürcüstana gəlmək hüququnun verilməsini tələb etməliyik”.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?