ABŞ-ın birinci ledisi Mişel Obama Ağ evdə vida nitqi ilə çıxış edib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, ərinin tərəfdarlarına minnətdarlığını bildirərək qeyd edib ki, birinci ledi olmaq böyük şərəfdir.
“Birinci ledi olmaq – bu, çox böyük şərəfdir. Ümid edirəm ki, siz mənimlə qürur duymusunuz”, - Mişel Obama söyləyib.
Məlumata görə, birinci ledi az qalsın ki, ağlasın.
Mişel Obama ABŞ vətəndaşlarına heç zaman təslim olmamağı, öz məqsədlərinə sadiq qalmağı və yaxşı təhsil almağı arzulayıb.
Modern.az