Axşam saatlarında Lənkəran rayonunda silahlı insident baş verib. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, hadisə rayonun Bürcəli kəndində qeydə alınıb.
Atışma nəticəsində 1985-ci il təvəllüdlü Abbasov Taleh Rəfqan oğlu odlu silah yarası alıb və xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat otağına göndərilib.
Zərərçəkənin atası Abbasov Rəssamın sözlərinə görə, oğlu 4 nəfərlə mübahisə edib və bu zəmində ona atəş açılıb.
Modern.az