Türkiyə Baş naziri Binali Yıldırım bu gün İraqa yola düşüb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki,
Yıldırımı müdafiə naziri Fikri İşıq, təhsil naziri İsmət Yılmaz, enerji və təbii qaynaqlar naziri Berat Albayrak, iqtisadiyyat naziri Nihat Zeybekci, gömrük və ticarət naziri Bülənt Tüfenkci müşayiət edir.
Türkiyə Baş naziri Binali Yıldırımın Bağdadda İraq prezidenti Fuad Məsum və digər rəsmilərlə görüşlər keçirəcəyi, həmçinin partiya sədrləri, İraqın öndə gesən bəzi siyasi liderləri, türkmənlərin nümayəndələri ilə bir araya gələcəyi qeyd olunur.
Binali Yıldırım Bağdaddakı təmaslarının ardından Ərbilə keçərək İraq kürdlərinin liderləri Məsud Bərzani və Neçirvan Bərzani ilə də görüşlər keçirəcəyi bildirilib.
Modern.az