Modern.az

Hillari Klinton Nyu-Yorkun meri ola bilər

Hillari Klinton Nyu-Yorkun meri ola bilər

Aktual

7 Yanvar 2017, 11:07

ABŞ-da prezident seçkilərində Donald Trampa uduzan keçmiş dövlət katibi Hillari Klinton Nyu-York postuna namizədliyini irəli sürə biləcəyini istisna etməyib.

Modern.az xəbər verir ki, bu haqda “New York Daily News” qəzeti yazıb.

ABŞ-ın iri şəhərlərində mer seçkiləri 2017-ci il noyabrın 7-də keçiriləcək.

Qəzet yaxşı informasiyalı mənbəyə istinadən xəbər verir ki, Klinton şəxsi söhbətində bu il Nyu-York meri postu uğrunda mübarizə aparacağını istisna etməməklə indiki mer Billa de Blazioya xəbərdarlıq edib.

“New York Daily News” onu da xatırladır ki, de Blazio uzun illər boyu Klinton ailəsi ilə yaxın münasibətdə olub, ancaq Hillari Klintonu prezidentliyə namizəd kimi dəstəkləməkdən imtina etdiyi üçün əlaqələr ciddi şəkildə pisləşib.

Qəzet qeyd edir ki, Klinton Nyu-York meri postunu tuta bilərsə, yenidən dünya arenasında diqqət mərkəzində qala bilər. Ancaq siyasətçilərin çoxu belə düşünür ki, keçmiş dövlət katibinin nə zamansa aktiv siyasətlə məşğul olacağı inandırıcı görünmür.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?