İstanbul polisinin “Reina” qətliamını törədən terrorçunun adını müəyyən etdiyi öyrənilib. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, terror hücumu törədən şəxsin özbək əsilli Abdulqadir Maşaripov adlı şəxsin olduğu bildirilir.
Polis hazırda onun axtarışı ilə məşğuldur.
Qeyd edək ki, dekabrın 31-də İstanbuldakı “Reina” gecə klubuna edilən silahlı hücum nəticəsində 39 nəfər həlak olub, 69 nəfər isə yaralanıb.
Modern.az