Modern.az

10 nəfər soyuqdan ölüb

10 nəfər soyuqdan ölüb

Aktual

7 Yanvar 2017, 17:38

Son iki sutka ərzində Polşada havanın kəskin soyuması nəticəsində 10 nəfər ölüb.

Modern.az xarici mediaya istinadən bildirir ki, şaxtalı hava yanvarın 6-da 7 nəfərin həyatına son qoyub.  Dünən isə daha 3 nəfərin donmuş meyiti aşkar olunub.

Bu gün isə havanın temperaturunun bəzi regionlarda mənfi 14 dərəcəyə qədər düşəcəyi proqnozlaşdırılıb.

 

Polis əhalini ehtiyacı olanlara, xüsusilə evsizlərə yardım etməyə çağırıb. Hakimiyyət donaraq ölənlərin sayının artacağından ehtiyatlanır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?