Modern.az

DİN "İraq Hava Yolları"nın Bakıdakı işçisinin qətli barədə məlumat yaydı

DİN "İraq Hava Yolları"nın Bakıdakı işçisinin qətli barədə məlumat yaydı

9 Yanvar 2017, 11:13

Daxili İşlər Nazirliyi (DİN) Bakıdakı “Dəmirçi Plaza” ofisində törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in məlumatına görə, yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən "Dəmirçi Plaza" MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən "İraq Hava Yolları" şirkətinə məxsus ofisdə sürücü - Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer - paytaxt sakini Əli Ağalını qətlə yetirib.

Xətai rayon Polis İdarəsi 37-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bəşirov tutulub, hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olan "COBALT" markalı tüfəng götürülüb.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?