Modern.az saytı xəbər verir ki, artın 17-də ARDNŞ prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə Şirkət rəhbərliyinin toplantısı keçirilib. ARDNŞ prezidenti çıxış edərək son illər Şirkətin əldə etdiyi uğurlardan, qazandığı nailiyyətlərdən, həyata keçirdiyi sosial-iqtisadi, ekoloji layihələrdən danışmış, beynəlxalq və ölkədaxili arenada genişlənməkdə olan fəaliyyət istiqamətlərindən söz açıb. O, Şirkətdə menecment işinin yüksək səviyyədə qurulduğunu və kadr potensialının get-gedə daha da möhkəmləndiyini vurğulayıb, Azərbaycan Respublikasının Prezidenti lham Əliyevin imzaladığı sərəncama əsasən Rəfiqə Hüseynzadənin ARDNŞ-nin ekoloji məsələlər üzrə vitse-prezidenti təyin edildiyini bildirib. Şirkət prezidenti Rəfiqə Hüseynzadənin neft-qaz sənayesində təcrübəli kadr olduğunu söyləyib, onu yüksək işgüzar keyfiyyətlərə malik rəhbər işçi və istedadlı alim kimi səciyyələndirib. Layiq görüldüyü yüksək etimada görə Rəfiqə xanımı təbrik edən ARDNŞ prezidenti ona yeni işində uğurlar arzulayıb. Rövnəq Abdullayev 2010-cu ildə “Ekologiya ili” çərçivəsində Şirkətdə genişmiqyaslı ekoloji layihələrin həyata keçirildiyini və cari ildə də ətraf mühitin mühafizəsi işinin ARDNŞ-də diqqət mərkəzində olacağını qeyd edib və bu istiqamətdə davam etdirilən layihələrdən ətraflı söz açıb. İlk növbədə neftqazçıxarma idarələrində və emal zavodlarında “sıfır tullantı” prinsipinə əməl etməyin vacibliyini vurğulayan ARDNŞ prezidenti neftlə çirklənmiş mədən torpaqlarının təmizlənməsi, lay sularının, qazma şlamların utilizasiyası və digər istiqamətlərdə qarşıda duran vəzifələrlə bağlı Şirkətin yeni vitse-prezidenti R.Hüseynzadəyə və digər vəzifəli şəxslərə konkret tapşırıqlarını verib. R.Hüseynzadə layiq görüldüyü yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib və bu etimadı doğrultmaq üçün əlindən gələni edəcəyini söyləyib. Daha sonra ARDNŞ prezidenti Rövnəq Abdullayev Novruz bayramı münasibəti ilə toplantı iştirakçılarını və onların şəxsində bütün neftçiləri təbrik edib, xoş arzularını çatdırıb.
Modern.az saytının məlumatına görə, Rəfiqə Hüseynzadə 1952-ci ildə Bakı şəhərində anadan olub. 1969-ci ildə Bakı şəhəri 132 №-li orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasının geologiya fakültəsinə qəbul olunub. 1
974-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. Akademiyasını bitirdikdən sonra «Neft yataqlarının axtarışı və kəşfiyyatı» ixtisası üzrə aspiranturaya daxil olub və 1981-ci ildə «Aşağı küryanı neft-qaz yataqlarının geoloci-geokimyəvi xüsusiyyətləri» mövzusu üzrə dissertasiyanı müvəffəqiyyətlə müdafiə edərək, geologiya-mineralogiya elmlər namizədliyi adını alıb.
1986-cı ildə Bakı Dövlət Universititenin «İzotop» ETL-da elmi, böyük elmi işçi və laboratoriya rəhbəri vəzifəsində çalışıb.
1989-cu ildən «Faydalı qazıntılar» kafedrasının nəzdində «Aerokosmik tədqiqatları» laboratoriyasında böyük elmi işçi vəzifəsində və kafedrada dosent əvəzi vəzifəsində işləyib.
1996 –cı ildən bu günədək "Azneft" İB və "Şlumberje" şirkətinin birgə təsis etdikləri «Azlab» Qapalı Tipli Səhmdar Cəmiyyətində baş menecer vəzifəsini icra edirdi.
Evlidir. Bir övladı var.
50 məqalənin, 1 kitabın müəllifidir.
Modern.az