Modern.az

"Azadinform” 18 YAŞINDA: “Biz yarananda 3-4 sayt var idi”

"Azadinform” 18 YAŞINDA: “Biz yarananda 3-4 sayt var idi”

9 Yanvar 2017, 18:32

Yanvar ayının 10-da "Azadinform” İnformasiya Agentliyinin yaranmasından 18 il ötür.

 

Agentliyin baş redaktoru Niyaz Niftiyev 18 yaşı tamam olan "Azadinform” İnformasiya Agentliyinin fəaliyyətindən Modern.az-a danışıb.

 

O bildirib ki, “Azadinform” İnformasiya Agentliyi 1998-ci il noyabrın 9-da lisenziya alıb. 1999-cu ilin yanvarın 10-dan isə 3 dildə fəaliyyətə başlayıb.

“Bu illər ərzində media qanunvericiliyi və mətbuatın tənzimlənməsi ilə bağlı digər qərarlara əməl edərək, xəbər istehsalında qərəz, digər neqativ hallara yol vermədən fəaliyyət göstərmişik. 18 ildə ancaq sakit, tərbiyəli və oxucuların zövqünə uyğun xəbər yaymağa çalışmışıq. Digər tərəfdən də biz ölkənin inkişafına, dövlətçiliklə bağlı məsələlərə mövqeyimiz sabit olub və düşünürəm ki, bundan sonra da belə olacaq. Xəbər siyasətinə hay-küyə yol verməmişik.  Biz oxucunun arxasınca yox, çalışmışıq ki, oxunu öz arxamızca gətirək. Prinsip etibarı ilə medianın işi bu olmalıdır.  Biz yarananda 3-4 sayt var idi. O saytlardan bəziləri sıradan çıxıb, 1-i qalıb, “Turan” informasiya agentliyi.  Ondan sonra bir çox saytlar əmələ gəlib ki, onlar da cəmiyyətdə kifayət qədər nüfuz toplayıb. Bizdə bunlarla sağlam rəqabət şəklində ayaqlaşmağa çalışırıq. Düşünürük ki, fəaliyyətimizi bundan sonra da bu günə kimi qurduğumuz  kimi davam etdirəcəyik.

 

Baş redaktorun sözlərinə görə,  “Azadinform” dəqiq, qərəzsiz, sonradan təkzib verilməsini vacib hesab edən heçbir xəbər yayımlanmasına icazə verməyib.

“Bu 18 ildə çalışmışıq ki, cəmiyyətimizə, dövlətimizə xeyir verəcək bir xəbər istehsal edək. Mən baş redaktor olmaqla yanaşı həmdə oxucuyam, düşünürəm ki, bu illərdə biz qüsur etməmişik. Düşünürəm ki, bundan sonra da belə davam edəcəyik”.

 

Qafar Ağayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?