ABŞ prezidenti Barak Obama bəyan edib ki, onu bu vəzifədə əvəzləyəcək Donald Trampı dövlət rəhbərliyinin digər istənilən işdən fərqləndiyinə inandırmağa çalışıb.
Modern.az bildirir ki, Obama bunu "ABC" televiziyasına müsahibəsində söyləyib.
“Dünya paytaxtları və maliyyə bazarları var, eləcə də bütün dünyadakı adamlar Trampın danışdıqlarını ciddi qəbul edir”, - ABŞ prezidenti qeyd edib.
Obamanın sözlərinə görə, Trampa ölkənin idarə olunması ilə seçki kampaniyasının aparılması arasında fərq olduğunu da deyib: “O, (Tramp) anlamalıdır ki, bu vəzifəni tutub və and içəndən sonra sən Yer kürəsində ən böyük təşkilatın rəhbəri olursan”.
Obama Trampa həm də deyib ki, Ağ evi ailə biznesi kimi idarə etmək olmaz və milyarder-respublikaçının ətrafında güclü komandası olmalıdır:
“İnstitutlara və proseslərə hörmət etmək lazımdır ki, yaxşı qərarlar qəbul edə biləsən, çünki əslində başqa adamlardan asılıyıq”.
Modern.az