Tanınmış aktyor Fərda Amin onu tənqid edənlərə sərt cavab verib. Modern.az saytı xəbər verir ki, "Qafqazinfo"nun məlumatına görə, o, sosial şəbəkədə video paylaşaraq "Selfinaz" adlı stand-up şousunu müzakirə edənləri təhqir edib: "Sözüm "Selfinaz"ın uğurlarını həzm etməyənlərədir. "Selfinaz" uzun müddət sonra "YouTube"a qoyuldu. Azərbaycan incəsənətinə 4 manatlıq, 3 manatlıq dəstəyi olmayan 20 manatlıq WI-FI adamları oturub bunu izləyəndən sonra sancılanmağa başlayıblar. Əslində, hesablasaq, may ayından bəri 9-cu aya keçmişik, sancıların olması normaldır. İnşallah əlinizdə, ovcunuzda qalsın. Siz danışmağınızda olun, mən çalışmağımda...".
Modern.az