Modern.az

Vulkana baxmaq istəyən 6 nəfər donaraq ölüb

Vulkana baxmaq istəyən 6 nəfər donaraq ölüb

9 Yanvar 2017, 22:34

Qvatemalada Akatenanqo vulkanına qalxarkən donaraq həyatını itirənlərin sayı 6 nəfərə çatıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, iki turist qrupu ötən şənbə vulkanın ətrafına doğru yola düşüb. Lakin sonra havanın temperaturu kəskin aşağı düşüb, güclü külək turistlərin çadırlarını dağıdıb. İlkin məlumatda 3 nəfərin öldüyü bildirilirdi. Ölənlər arasında Qvatemalanın Milli Atletika Assosiasiyasının iki idmançısı - Yaxayra Roldan və Lusiya Sançes də var.

Hazırda hadisə yerində xilasedici əməliyyatları davam etdirilir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?